Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO

Azərbaycanın paytaxtının Bakıdan başqa şəhərə köçürülməsi məsələsi zaman-zaman həm mediada, həm də sosial şəbəkələrdə müzakirə olunur. Bu təklifin tərəfdarları Bakıda əhali sıxlığının artmasını, nəqliyyat və kommunal problemləri, ekoloji vəziyyəti və iqtisadi aktivliyin əsasən paytaxtda cəmləşməsini əsas arqument kimi göstərirlər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, paytaxtın başqa şəhərə köçürülməsi məsələsinə yalnız Bakının mövcud problemlərinin fonunda yanaşmaq düzgün deyil.
Ekspertin sözlərinə görə, əsas suallardan biri paytaxtın köçürülməsinin insanların Bakıya olan marağını və şəhərə axınını həqiqətən azaldıb-azaltmayacağıdır:
“Bakı köçürüləcək, paytaxt başqa yerə köçürüləcək? Biz tez-tez bu fikirləri həm mediada, həm də sosial şəbəkələrdə eşidirik, görürük, dinləyirik.
Bakının paytaxt kimi başqa bir yerə köçürülməsini təklif edənlər buna əsas gətirirlər ki, Bakıda artıq sıxlıqdır. Digər şəhər və rayonlardan, kəndlərdən insanlar əsasən Bakıya axışırlar. Nəticədə burada nəqliyyat sıxlığı ilə yanaşı, kommunal, ekoloji və iqtisadi problemlər də yaranır.
Amma Bakının paytaxt kimi köçürülməsini istəməyənlər də hesab edirlər ki, problemin həlli üçün başqa alternativlərə üstünlük verilməlidir. Çünki paytaxt Bakıdan başqa şəhərə köçürülsə belə, insanların yaşayış və iş imkanlarına görə yenə Bakını seçməsi mümkündür.
Bu baxımdan əsas məsələ təkcə paytaxtın yerinin dəyişdirilməsi deyil. Əgər məqsəd Bakının yükünü azaltmaqdırsa, bunun üçün regionlarda iş yerlərinin, sosial və iqtisadi imkanların artırılması, insanların öz yaşadıqları şəhər və rayonlarda qalması üçün şərait yaradılması daha effektiv həll yolu ola bilər”.
Eldəniz Cəfərov qeyd edib ki, paytaxtın dəyişdirilməsi böyük maliyyə və infrastruktur xərcləri tələb edən mürəkkəb prosesdir. Buna görə də belə bir qərar qəbul edilərkən yalnız paytaxtın köçürülməsi deyil, bunun şəhərsalma, nəqliyyat, iqtisadiyyat və əhali yerləşimi baxımından mümkün nəticələri də nəzərə alınmalıdır.
Qeyd edək ki, 2026-cı ildə də paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Rəsmi açıqlamalarda isə hazırda paytaxtın dəyişdirilməsi ilə bağlı konkret müzakirələrin aparılmadığı bildirilib.
Eltac Zülfüqaroğlu
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB










