Pərvin Abıyeva: "O polisi başqa şeyə görə işdən çıxarıblar..."

Bu sözləri tanınmış aktrisa Pərvin Abıyeva sevgili olduğu deyilən Murad Abdullayev haqda danışarkən azxeber.com-a deyib.
O bildirib ki, Murad onunla sevgili olduğu üçün işdən çıxarılmayıb:
"Neçə gündür gözləyirəm ki, ara sakitlləşsin, söhbət bir az soyusun. Amma görürəm mən danışmasam olmur. Əvvəla Murad mənimlə sevgili olduğu üçün işdən çıxarılmayıb. Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb".
Pərvin deyib ki, həmin məclisdə xeyli adam iştirak edib:
"50 nəfərlik məclis idi və həmin məclisdə hər sahədən insanlar var idi: Polisindən tutmuş modelinə kimi. Tanınmış simalar da çox idi. Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar. Mən isə heç bir şey paylaşmamışdım. Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olar. Hər kəsin əqli, şüuru var. Kiminsə də belə bir şey olacağı ağlına gəlməzdi. Qismət belə imiş, oldu da. Nə ailə dağıtmışam, nə də körpə uşağı atasız qoymuşam!"
Pərvin bu məsələdə günahsız olduğunu deyib:
"Kaş belə olmazdı, amma oldu. Mən özümdə zərrə qədər günah görmürəm. Hər qoyunu öz ayağından asarlar. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər (gülür)”.
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










