Pərvin işdən çıxarılan polis sevgilisindən ayrıldı - VİDEO

Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev və aktrisa sevgilisi Pərvin Abıyeva ayrılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Abdullayev uzun müddətdir sevgili olduğu Pərvinlə müasibətinə nöqtə qoyub. Ehtimal olunur ki, polis leytenantı bu qərara müzakirələrə səbəb olan videosu yayıldıqdan və bunun nəticəsində vəzifəsində azad edildikdən sonra gəlib.
Dünəndən etibarən isə Murad Abdullayevin kimliyi barədə sosial şəbəkələrdə müzakirələr gedir.
1993-cü il təvəllüdlü Muradın yüksək instansiya məhkəmələrindən birinin sədrinin qardaşı oğlu olduğu bildirilir.
Eyni zamanda, atası Bakıda tanınmış brilliant mağazalar şəbəkəsinin rəhbəridir.
Qeyd edək ki, M. Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










