“Pilotun oğlu atası ilə görüntülü danışmağı tələb edir” - FOTO

“Rəşad Atakişiyevin övladları ataları barədə həqiqəti hələ də bilmirlər. Onun həlak olması uşaqlardan gizli saxlanılır”
Avtosfer.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, pilotun 7 yaşlı oğlu ara-sıra suallar verərək atasının harada olmasını soruşur. Sanki atasının həyatda olmamasını hiss edir.
“Hər dəfə atasını, onun harada olduğunu soruşur, onunla görüntülü danışmağı tələb edir. Balaca övladı da tez-tez atasını soruşur. Həqiqətləri onlara deyə bilməmişik. Böyük oğlan internetdə saytlara baxır, axtarış etmək istəyir. Bu anda anası onu uzaqlaşdırır. Onlar üçün çox çətindir”.
Q.Hüseynli bir müddət sonra böyük uşağa atasının həlak olması barədə məlumat veriləcəyini deyib: “Çox güman ki, psixoloqa da aparılacaq. Bəlkə psixoloq yaxşı məsləhətlər verdi və ona əməl etdik. Pilotun yoxluğu getdikcə daha çox hiss olunur. İlk vaxtlar yoldaşı bu qədər əzab çəkmirdi, indi daha çox onu xatırlayır”.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA













