Piyada keçidinin şüşələri sındırılıb, pilləkənləri dağıdılıb - VİDEO

Bakı-Sumqayıt yolunda piyada keçidinin şüşəsi sındırılıb, pilləkənləri isə dağıdılıb. Hələ bu azmış kimi keçidin bəzi materialları da sındırılaraq yerə atılıb. Avtosfer.az Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Ekologiya postunun yaxınlığındakı keçiddən geidir. İndiyə qədər bir neçə dəfə təmir edilən piyada keçidi yenə də dağıdılıb. Keçidin bu vəziyyətə salınması ən çox oradan istifadə edən piyadaları qəzəbləndirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, dəfələrlə həmin keçidin şüşələri sındırılıb. Buna görə də qurum tərəfindən ora təhlükəsizlik kameraları qoyulub. Sonuncu hadisə ilə bağlı görüntülər polisə təhvil verilib və araşdırma gedir. Keçidi dağıdan şəxs və ya şəxslərin axtarışları davam edir. Həmin şəxslərin kimliyi müəyyən edildikdən sonra qanuna müvafiq olaraq cəza tədbiri həyata keçiriləcək.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












