Piyadavurmalarla bağlı belə qanun tətbiq edilsə sürücülər onları qəsdən vuracaq - VİDEO

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM” verilişində çıxışı zamanı bəzi sürücülərin piyadalara qarşı münasibətində ciddi problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, xarici ölkələrdə tətbiq olunan bəzi qaydaları Azərbaycana uyğunlaşdırmaq hazırkı mentalitet fonunda təhlükəli nəticələrə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov bəzi insanların belə düşündüyünü qeyd edib: piyada keçidindən kənarda yolu keçən piyadanı avtomobil vurarsa, sürücü dərhal sərbəst buraxılmalıdır. Lakin məşqçi bu yanaşmanın yerli reallığa uyğun gəlmədiyini vurğulayıb:
“Düzdür, kağız üzərində yaxşı görünür. Amma real həyatda bizdə vəziyyət fərqlidir. Hər ölkənin öz mentaliteti var. Bizdə elə aqressiv sürücülər var ki, əgər belə qanun tətbiq olunsa, yüz faiz piyada keçidindən kənarda yolu keçən piyadanı bilərəkdən vurmağa cəhd edərlər. “Onsuz da günah piyada olacaq” deyib bu qaydanı sui-istifadə edərlər”.
Onun fikrincə, normal və mədəni sürücülər yolu kənardan keçən piyadanı görəndə avtomatik şəkildə sürəti azaldır, ehtiyat edirlər. Lakin bəzi sürücülər hətta piyada keçidindən keçən piyadanın üzərinə sürərək “tez keç” jesti edir, qəsdən qaz pedalını bərk sıxır:
“Elə sürücülər var ki, piyada keçidindən keçən adamı görən kimi qazı artırır. Gah siqnal verir, gah əsəbiləşir. Piyadanı “ikinci sort adam” kimi görürlər. Sürücü kreslosuna oturan kimi elə bilirlər ki, hamı onlardan aşağıdır”.
Aqil Rəhimov əlavə edib ki, bu münasibət tərzi həm təhlükəlidir, həm də cəmiyyətdə piyadaya qarşı hörmətsizliyi daha da dərinləşdirir:
“Unudurlar ki, onların anaları, bacıları, qardaşları da hardasa piyada kimi yol keçir. Özləri də piyada ola bilərlər. Amma bəzi sürücülər elə davranır ki, sanki piyada olmaq uğursuzluqdur, maşın ala bilməyən adamdır”.
Məşqçi hesab edir ki, cəmiyyətdə bu düşüncə tərzi dəyişmədən piyada keçidindən kənarda baş verən qəzalar üzrə sürücünün avtomatik şəkildə günahsız sayılması ilə bağlı təkliflər real həyatda təhlükəli davranışları daha da artıracaq:
“Bu bizdə mümkün olan şey deyil. Əksinə, bəzi insanlar bunu fürsət bilib “basa-basa’” gedəcəklər.”
Eltac Zülfüqaroğlu
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI










