“Polis” 50 minlik qızıllarla qaçarkən avtobusda yaxalandı - FOTO

Türkiyədə özünü “polis” kimi təqdim edən dələduz polis tərəfindən yaxalanıb. Avtosfer.az xəbər verir ki, Əskişəhərədə yaşayan keçmiş məmur N.A.-ya zəng vuran M.B., özünü “polis” kimi qələmə verərək, “Bir zərgərlik mağazasının qarət edildiyi və hadisə yerində sizə aid bank kartlarının tapıldığı, məsələyə aydınlıq gətirmək üçün evdə nə qədər qızıl varsa araşdırma aparılması üçün gətirmənizi xahiş edirik” – deyib.
Təlaşa düşən N.A. da evdə 50 min lirəlik (15 min Azn) dəyərində qızılları götürüb verilən adresə gedərək M.B.-yə təslim edib. M.B., zinət əşyalarını əldə etdikdən sonra, “Bölməyə gedirəm” - deyərək oradan uzaqlaşıb. Aldadıldığını gec də olsa anlayan N.A. hadisəni polisə bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan Əskişəhər Polisi, M.B.-ni avtobusla Şanlıurfaya qaçacağını öyrənərək vəziyyəti Ankara Polisinə bildirib. Hərəkətə keçən Ankara Polisi avtobusun keçəcəyi yol üzərində tətbiq nöqtəsi qurub. Polis əməkdaşlarının dayandırdıqları sərnişin avtobusunda, şübhəli M.B.-ni zinət əşyaları ilə birgə yaxalayaraq bölməyə gətirilib.
M.B. polisə verdiyi ilkin ifadəsində, həbsxanadan yeni azad olunduğunu, tanıdığı bir məhkumdan dələduzluğun üsullarını öyrəndiyini danışıb. M.B.-nin dindirilməsi davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Namiq Musayev


İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












