Polis Ağdaşda məktəblilərin qonağı olub

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş şəhər 3 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şagirdlərlə görüş keçirilib. Görüşdə “Narkomaniya ümumbəşəri bəladır” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında gənclərlə maarifləndirici söhbətlər aparılıb. Avtosfer.az-a verilən məlumata görə tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayev narkotik vasitələrin zərərləri barəsində məktəblilərə geniş məlumat verib. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəyi neqativ hallardan söhbət açan R.Mustafayev bu bəla ilə mübarizə yolları haqqında danışıb.
Şöbə rəisi çıxışında dini radikalizmin səbəbləri və onun fəsadları barədə də geniş məlumat verib. Gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Gültən
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












