“Polis mitinqdə çox səbirli davranırdı” - Millət vəkili

"YAP həmişə olduğu kimi ölkənin ictimai- siyasi həyatında aktiv rol oynayır. Azərbaycanda iqtidar xalq birliyi möhkəm dayaqlara söykənir. Bir müddət əvvəl "Sərbəst toplaşmaq haqqında" qanuna dəyişikliklər etmişik. Bu Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulan hallardır. Biz onu olduğu kimi götürmüşük. Məhdudiyyətlərin məqsədi insan hüquqlarının qorunması ilə bağlıdır". Bu sözləri deputat Əli Hüseynli Yeni Azərbaycan Partiyasında müxalifətin 19 oktyabr mitinqi ilə bağlı keçirilən toplantıda deyib. O qeyd edib ki, aksiyada da hüquq- mühafizə orqanları həqiqətən də ilk növbədə adekvat davranıblar:
"Azərbaycan polisi çox səbirlə, təmkinlə davranırdı. Bizim qanunvericiliyimizdə əcnəbilərin müdaxiləsinə, toplantıların təşkilatçısı olmasına icazə verilmir. Bir sıra qərb ölkələrinin səfirliklərinin qanunsuz müdaxiləsi ilə bağlı halları gördük. Bizim Xarici İşlər Nazirliyi də bununla bağlı hesab edirəm ki, xəbərdarlıq etməlidir. Sosial şəbəkələrdə aktivlik var idi. Onlar bu prosesə qatılmırdılar".
Deputat Səməd Seyidov çıxışında bildirib ki, şər qüvvələr Azərbaycanı yenə xaosa salmaq istəyirdilər: " XİN mövqeyini bildirib. Ancaq mən hesab edirəm ki, səfirliklərlə görüşülməlidir. Bu beynəlxalq təşkilatlara da öz müraciətimizi göndərməliyik. Qanunun aliliyindən danışan insanlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidir".
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA










