Polis oğruları “iş başında” yaxaladı

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qarayazı kəndində xidmətdə olan zaman istismarı dayandırılmış elektrik naqillərinin 2 nəfər şəxs tərəfindən oğurluq məqsədilə kəsildiyini müəyyən edib, onları elə “iş başında” yaxalayıblar.
Dərhal əraziyə əməliyyat-istintaq qrupu cəlb olunub. İlkin araşdırma zamanı naqilləri oğurlamaq istəyən şəxslərin İsmayıllı rayonunun Qubaxəlilli kənd sakinləri-əvvəllər məhkum olunmuş Natiq Həsəni və Oqtay Şirinov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Oğurluq məqsədilə kəsilmiş naqillər və dəmirkəsən alətlər həmin ərazidən maddi sübut kimi götürülüb.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











