Polis TIR-dan 39 meyit aşkarladı - FOTO (YENİLƏNİB 3)

Vyetnam hakimiyyəti, İngiltərənin Essexs qraflığında TIR-dan tapılan 39 miqrantın cəsədinin vyetnamlı olduğunu təsdiq edib. Avtosfer.az xəbər verir ki, bu barədə “VnExpress” nəşri Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, dünyasını dəyişən miqrantlar ölkənin Haiphong, Ngean, Hachin, Quang Bin və Thia Thien Hue əyalətlərinin sakinləri olublar. Vyetnam hökuməti insidenti İngiltərə ilə birgə araşdırır. Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, bundan əvvəl TIR-ın Böyük Britaniyaya Bolqarıstandan keçərək gəldiyi deyilirdi, lakin polis daha sonra onun Belçikadan gəldiyini müəyyənləşdirib.
TIR-ın aşkarlanmasından bu günə kimi ümumilikdə 5 nəfər saxlanılıb.
***/2019-10-26/**11:44
Britaniya polisi TIR-da tapılan 39 miqrantın ölümündə şübhəli bilinən daha 2 nəfəri saxlayıb. Avtosfer.az xəbər verir ki, saxlanılanlar Çin Xalq Respublikasının vətəndaşlarıdır. Onlar insan alverində və qətl törətməkdə şübhəli bilinirlər. 38 yaşlarında olan kişi və qadın İngiltərənin şimalında yerləşən Uorrinqtonda həbs ediliblər.
***/2019-10-24****16:43
Ötən gün İngiltərənin Essex qraflığının Qreys şəhərində TIR-ın qoşqusunda ölü tapılan 39 miqrantın şəxsiyyətləri müəyyənləşdirilib. Avtosfer.az-ın məlumatına görə, aparılan araşdıma zamanı ölənlərin Çin vətəndaşı olduğu məlum olub.
Bildirilir ki, miqrantların ölümünə səbəb 15 saat mənfi 25 dərəcədə qalmaları olub.
****2019-10-23 --- 13:51
Britaniya polisi Essex qraflığının Qreys şəhərində TIR-dan 39 nəfər miqrantın meyitini aşkarlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə oktyabrın 23-də qraflığın polisi məlumat yayıb.
Məlumata görə, ölənlərin 38-i yetkinlik yaşını keçmiş, biri isə yeniyetmədir.
Bildirilir ki, artıq qətldə şübhəli bilinən Şimali İrlandiyadan olan 25 yaşlı şəxs həbs edilib.
Ehtimal edilir ki, yük maşını ölkəyə oktyabrın 19-da Bolqarıstandan gəlib.
Yük avtomobilinin sürücüsü saxlanılıb.
Namiq Musayev


Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev










