Polisə yalan məlumat verdi, şərikinin pulunu mənimsədiyi üzə çıxdı

Bərdə RPŞ-yə müraciət edən Qarayusifli kənd sakini Z.Əzizli oktyabrın 25-də saat 5 radələrində Alpoud kəndi ərazisində yerləşən bazarda 2 nəfərin onun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək 8745 manat pulunu almasını bildirib. Z.Əzizliyə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Z.Əzizlinin üzərindəki pulun şəriki olan qohumu T.Qurbanova məxsus olması, həmin məbləğdən 5150 manat pulu yaşadığı evdə gizlətməsi, bir qismini isə borcu ilə əlaqədar şəxsi istifadəsinə xərcləməsini, sonradan bu cinayət əməlini ört-basdır etmək üçün evdən götürdüyü bıçaqla özünə xəsarət yetirib quldurluq barədə yalan məlumat verməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən Z.Əzizlinin yaşadığı evdən 5150 manat pul maddi sübut kimi götürülüb.
Araşdırma aparılır.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












