Polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanıb

Masallı rayonunda polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanıb. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, avqustun 18-də saat 12.42-də naməlum şəxs mobil telefonla polisə zəng edib “bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyərək dəstəyi asıb.
Araşdırmalar zamanı qeyd edilən telefon zənginin Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbiləşərək polisə bilə-bilə yalan məlumat verməsini etiraf edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












