Polislər axtardıqları narkotaciri moteldə güllələdilər – Əməliyyatın GÖRÜNTÜLƏRİ

Kaliforniyada polislər uzun müddətdir axtarılan narkotik tacirini, tapançasını gec çıxartdığına görə güllələyiblər. Avtosfer.az xəbər verir ki, xüsusi əməliyyatın videosu Modesto şəhər polis departamentinin “Facebook” səhifəsindən yayımlanıb.
Noyabrın 29-da polislər narkodilerin gizləndiyi motelə gəliblər. Hüquq-mühafizə orqanları nömrənin qapısını döyüblər, ancaq qapını heç kim açmayıb. Bundan sonra onlar qapını katr vasitəsi ilə açıblar və içəridə olan qadından çıxmasını xahiş ediblər. Bu arada axtarılan şübhəli gizləndiyi ayaqyolundan otağa keçib, o çarpayıya yaxınlaşaraq oradan yavaşca nə isə çıxarmağa çalışıb. Bir müddət sonra isə şübhəli tapança çıxararaq polislərə tərəf tuşlamaq istəyib. Ancaq asayiş keşikçiləri tərəfindən güllələnərək öldürülüb.
İstintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












