Polislər halı pisləşən sürücünün köməyinə çatdılar

Polislər halı pisləşən sürücünün köməyinə çatıblar. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında Oğuz Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları Qoşqar İsmayılzadə və Camal Şıxkərimov rayonun Kərimli kəndi ərazisində xidmətdə olan zaman bir avtomobilin yolun kənarında dayandığını müşahidə ediblər. Onlar həmin avtomobilə yaxınlaşdıqda onun sürücüsünün səhhətinin yaxşı olmadığını və sükan arxasında köməksiz vəziyyətdə qaldığını görüblər. Polislər dərhal sürücünü avtomobildən düşürüb ona ilkin tibbi yardım göstəriblər, daha sonra həmin əraziyə Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarını çağırıblar. Avtomobilin sürücüsü Əlixan Əmrahov xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib. Q.İsmayılzadə və C.Şıxkərimov bu müddət ərzində də onu tək qoymayıblar. Əlixan Əmrahovun səhhəti yaxşılaşdıqdan sonra polis əməkdaşları onu evinə yola salıblar. Göstərilən diqqət və qayğıya, humanistliyə görə, Ə.Əmrahov və ailə üzvləri polislərə öz minnətdarlıqlarını bildiriblər.
Namiq
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










