Polislər məktəblilərlə gələcək barədə həmsöhbət oldular

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda yerləşən 5 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki M.İbrahimov məktəblilərə gələcək barədə aydın təsəvvürə malik olmaları, sağlam həyat tərzi keçirmələrinin, layiqli vətəndaş kimi yetişmələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər aparılır. Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaq olduğunu deyən polis rəisi, gənclərin sağlam əqidəyə mailk olmalarının vacibliyini bildirib. Cəmiyyətimizdə “ağ ölüm” kimi tanınan narkomaniyanın zərərlərindən geniş məlumat verən polis rəisi, daha sonra dini radikalizm mövzusuna toxunaraq, ölkəmizdə hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını, lakin bəzi insanların din adı altında öz siyasi, yaxud digər maraqları çərçivəsində gəncləri xurafata, cəhalətə sürüklədiyini bildirib.
Erkən nigaha daxilolma mövzusuna toxunan M.İbrahimov yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini bildirib.
Görüşün sonunda polis əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...














