Poslis Akademiyasında valideynlərlə görüş keçirilib - FOTO

Bu il Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 1-ci kursuna qəbul olunan kursantların valideynləri ilə tədris ocağının rəhbərliyinin görüşü təşkil olunub. Əvvəlcə valideynlər ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənildiyi mərkəzin fəaliyyəti ilə yaxından tanış ediblər. Mərkəzdə ümummilli liderin Azərbaycan dövlətinin qüdrətlənməsi istiqamətində atdığı hər bir addım, onun həyat yolu və dövlətçilik ənənələrinin kursantlara tədris olunduğu diqqətə çatdırılıb.
Daha sonra valideynlər akademiyanın yeni istifadəyə verilən tədris binası ilə tanış olublar. Altımərtəbəli binanın müasir səviyyədə və yüksək zövqlə inşa olunduğu, burada təlim-tədris üçün hər cür şərait yaradıldığı, 138 nəfərlik oxu zalı və elektron kitabxananın müdavimlərin ixtiyarına verildiyi, yeni binada ümumilikdə 1400 kursant yerlik 11 mühazirə zalının mövcud olduğu xüsusi vurğulanıb.
Ali təhsil müəssisəsində təhsil alan hər bir müdavimin sağlam şəraitdə qidalanması və dincəlməsi üçün yaradılan şəraiti valideynlər özləri də müşahidə ediblər. Polis Akademiyasının idman meydançaları və zalları ilə tanış olan valideynlərin diqqətinə çatdırılıb ki, tədrir ocağında kursantların fiziki cəhətdən sağlam ruhda tərbiyə olunmalarına xüsusi diqqət yetirilir. Kursantlara və valideynlərə Polis Akademiyasının tarixindən və görülən işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Nazım Əliyev kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini məmnunluqla xatırladıb. Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb etdiyini vurğulayan Nazim Əliyev polisin peşəkarlıq səviyyəsinin daim artırmasının bir vəzifə kimi ölkə və DİN rəhbərliyi tərəfindən qarşıya qoyulan ən vacib tələblərdən biri olduğunu xüsusilə vurğulayıb. Akademiyanın daxili nizam-intizam qaydaları barədə məlumat verən N.Əliyev qeyd edib ki, burada hər bir kursantın yüksək ixtisaslı kadr kimi formalaşması, xidməti borca və anda sadiq qalması, öz üzərində işləməsi və peşəkarlığını artırması üçün hər cür şərait yaradılıb. Akademiyanın rəisi cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar polis zabitləri hazırlamaq üçün tədris ocağının pedaqoji kollektivi ilə yanaşı valideynlərin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Polis general-mayoru Nazim Əliyev Akademiyaya yeni qəbul olunan kursantlara bundan sonra daşıyacaqları polis adını daim uca tutumağı professor-müəllim heyətinin bilik və təcrübəsindən yararlanmağı tövsiyə edib.
Emin
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










