Banner

Prezidentdən MÜJDƏ: Gözlənilən FƏRMAN imzalandı - Sistem belə olacaq

Gündəm 29 Oktyabr 2026 16:26
Prezidentdən MÜJDƏ:  Gözlənilən FƏRMAN  imzalandı - Sistem belə olacaq
WhatsApp kanalımıza abunə olun

Daşınmaz əmlak bazarında şəffaflığın artırılması və idarəetmə mexanizmlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin imzaladığı "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi (DERKİS) haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman ölkədə əmlak münasibətlərinin tamamilə yeni müstəviyə keçməsini təmin edəcək.

Qəbul edilən sənədə əsasən, yeni yaradılan sistemin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək, operator statusu isə həmin Xidmətin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə həvalə olunub. Qarşıdakı 18 ay ərzində müxtəlif qurumların informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların DERKİS-ə inteqrasiyası, torpaqların elektron kadastr uçotu məlumatlarının bu sistemə miqrasiyası həyata keçiriləcək və köhnə sistemin fəaliyyəti dayandırılacaq. Eyni zamanda, sistemin "Hökumət buludu" (G-cloud) Konsepsiyasına uyğun olaraq yerləşdirilməsi təmin olunacaq.

Məsələ ilə bağlı ətraflı açıqlama verən daşınmaz əmlak üzrə ekspert Camal Abışov bildirib ki, imzalanan bu fərman Azərbaycanda əmlak bazarının köklü şəkildə rəqəmsallaşmasına və idarəetmədə bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edən tarixi qərardır: "DERKİS-in yaradılması və müxtəlif dövlət qurumlarının malik olduğu məlumat bazalarının vahid mərkəzdə birləşdirilməsi daşınmaz əmlakın qeydiyyatı prosesini maksimum şəffaf, sürətli və operativ edəcək. Bu sistemin tətbiqi vətəndaşların və yerli, eləcə də xarici investorların dövlət xidmətlərinə əlçatanlığını kökündən yaxşılaşdıracaq, eyni zamanda mülkiyyət hüquqlarının etibarlı qorunmasına zəmanət verəcək".

Onun sözlərinə görə, sistemin "Hökumət buludu"nda yerləşdirilməsi və digər aidiyyəti dövlət qurumları ilə inteqrasiyası gələcəkdə əmlak üzərində həyata keçirilən alqı-satqı, ipoteka və digər əməliyyatların onlayn qaydada, heç bir kağız daşıyıcısına və ya süni maneələrə ehtiyac duyulmadan icra olunmasına geniş imkanlar açacaq: "Bu isə ümumilikdə ölkənin biznes mühitinə, investisiya cəlbediciliyinə və əmlak təhlükəsizliyinə mühüm töhfə verəcək"./nocomment.az

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh