Prezidentin köməkçisindən icra başçılarına çağırış

Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, suvarma və enerji təchizatının təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi yalnız bütün icraçı strukturların əlaqəli şəkildə işləməsi sayəsində reallaşa bilər.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr edilmiş regional müşavirədə bildirib.
"Müasir suvarma texnologiyalarının tətbiqi, təsərrüfatdaxili suvarma infrastrukturunun təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, eləcə də su istifadəsi sahəsində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi xüsusi önəm daşıyır", - Z.Nağdəliyev qeyd edib.
Onun fikrincə, su və torpaq ehtiyatlarından effektiv istifadə dövlət proqramının başlıca prioritetləri sırasındadır:
"Bu gün müşavirədə iştirak edən icra hakimiyyəti rəhbərləri, sahibkarlar və iri fermer təsərrüfatlarının təmsilçiləri dövlət proqramından doğan aşağıdakı tapşırıqların yerinə yetirilməsinə xüsusi diqqət göstərməlidirlər.
Mən xüsusilə icra hakimiyyəti başçılarına müraciət edərək demək istəyirəm ki, hörmətli həmkarlar, dövlət proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar sektorda əsas istiqamətlər üzrə hədəfləri, hədəf göstəricilərini və nəticə indikatorlarını təyin edərək, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının işlənib hazırlanmasını təmin etməlisiniz. Bu, 2026-2030-cu illər üçün dövlət proqramının əsasında olmalıdır, eyni zamanda dövlət proqramı sizin inkişaf və perspektiv planlarınızın bazasını formalaşdırmalıdır".
Z.Nağdəliyev həmçinin vurğulayıb ki, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbar təsisatlarının qurulması, müasir suvarma sistemlərinin geniş miqyasda tətbiqi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır:
"İlk növbədə bunlar sizin həmin perspektiv planlarınızda əks olunmalıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, dövlət proqramının icrası ilə əlaqədar təşkilati işlərin aparılmasında əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün təsisatların, yəni mərkəzi icra hakimiyyətlərinin yerlərdəki bütün qurumlarının fəaliyyətini koordinasiya etmək öhdəliyi ilə sizin üzərinizə düşən ən mühüm vəzifədir".
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












