"Problem varsa, deməli BNA işləri düzgün aparmayıb" - Anar Nəcəfli

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev tərəfindən səsləndirilən tənqidə cavab verib.
Avtosfer.az xəbər verir ki, A. Nəcəfli “Qafqazinfo”ya iş görülən yerdə tənqidin olmasının normal olduğunu vurğulayıb: “Konkret bu məsələdə nə üçün Bakı Nəqliyyat Agentliyinin belə deməsini başa düşmürəm. Amma birbaşa olaraq Bakı Nəqliyyat Agentliyi yollarda aparılan hər hansı təmir-tikinti işlərinə nəzarət edən qurumlardan biridir. Həmin qurumun nizamnaməsində birbaşa yazılıb ki, yollarda hərəkətin təşkili və təhlükəsizliyi onların səlahiyyətində olan məsələlərdən biridir.
Yəni əgər hər hansı bir yolda hərəkətin təhlükəsizliyində problem varsa, deməli, həmin qurumun işləri düzgün aparmaması nəticəsində bu baş verib. Məzahir Rüstəmov küçəsində bizim agentlik tərəfindən təmir işləri aparılır. Amma təmir işləri aparılmamışdan əvvəl aidiyyatı qurumlara məlumat verilir. Hazırda həmin küçədə kommunikasiya işlərinin dəyişdirilməsi prosesi gedir. Bizim agentlik tərəfindən sadəcə yol kənarında olan səki daşlarının yenilənməsi və bərpası işləri həyata keçirilir. Biz yolun hərəkət hissəsində hər hansı iş aparmırıq. O cümlədən, “20-ci sahə” adlandırılan əraziyə gedən yolda da biz heç bir təmir işi aparmırıq. Kommunikasiya xərclərinin dəyişdirilməsi prosesindən sonra bizim tərəfimizdən bərpa işləri görüləcək.
Bundan əlavə, hər hansı təmir işləri aparılarkən tərtib olunmuş qrafik olur. İşlər həmin qrafik əsasında həyata keçirilir. Bütün hərəkət iştirakçılarının təhlükəsizliyi nəzərə alınır. Təmir işini apararkən hər hansı bir yerdə hərəkəti iflic etmək kimi niyyətimiz yoxdur. Konkret olaraq Məzahir Rüstəmov küçəsində qazıntı işlərinin aparılması, ondan sonra yaranan problemlər həmin qazıntı işlərini aparan qurumun məsuliyyətindədir”.
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










