Qadını çalışdığı mağazanın önündə bıçaqladı - Hadisənin başvermə VİDEOSU

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Akif İsmayılovun (1954-cü il təv.) CM-nin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Press.az xəbər verir ki, istintaqla müəyyən edilib ki, Akif İsmayılov 2013-cü ildən Nəzakət Məmmədova ilə faktiki ər-arvad kimi yaşayıb. Aralarındakı münasibətlərin pozulmasına görə qadın dəfələrlə ondan polisə şikayət edib. Axırıncı dəfə 2019-cu il mayın 7-də Nəzakət Məmmədova Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən fərdi evdən oğurluq edilməsinə görə DİN-nin “102 xidməti”nə məlumat verib və ondan şübhələndiyini bildirib. Sabunçu RPİ 14-cü polis şöbəsinə dəvət olunmasından hiddətlənərək qisas almaq niyyəti ilə qeyri-rəsmi arvadını qəsdən öldürmək qərarına gəlib. Mayın 8-i saat 11:15-də məlum olmayan vaxtda və mənbədən əldə etdiyi bıçaqla silahlanaraq Nəzakət Məmmədovanın işlədiyi “ZOO Mağaza”nın yerləşdiyi Sabunçu qəsəbəsi, Şəhər şossesi 136 A ünvanındakı “EMA” MMC-nin inzibati binasının həyətinə gəlib. Sonuncunun həyətdə olduğunu görüb, yaxınlaşaraq barəsində polis şöbəsinə etdiyi şikayətlə bağlı mübahisə yaradıb. Bıçaqla üzərinə hücum edərək əvvəl ayaqüstə, sonra yerə yıxılmış vəziyyətdə, qadının yalvarışlarına məhəl qoymayaraq, bədən səthinə ardıcıl zərbələr vurub.
Hadisənin şahidi olmuş Nurlan Allahverdiyev tərəfindən onun cinayət hərəkətlərinin qarşısı alındığından, habelə Təcili Tibbi Yardım briqadası Nəzakət Məmmədovanı vaxtında 3 saylı şəhər klinik xəstəxanasına çatdırdığından həyatı xilas olunub. Akif İsmayılov iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini başa çatdıra bilməyərək zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd edib.
Həmin gün A.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, əvvəllər məhkum olunan şəxs Nəzakət Məmmədovadan əvvəl 2 dəfə - Palina və Fatma adlı qadınlarla evli olub.
Məhkəmə prosesində Akif İsmayılov ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












