Qadını maşınla vurub öldürən sürücüyə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını maşın vurub. Hadisə yerindən qaçan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qasımov İlqar Səfərqulu oğlu tutulub. Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub.
Ona Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib
Qəza nəticəsində ölən Nəzakət Şahverdiyeva iki övlad anası olub. O, uzun illərdir uşaqlarını tək böyüdürmüş.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












