Qadının ölümünə səbəb olan sürücü apelyasiya şikayəti verib

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımov barəsindəki hökmdən apelyasiya şikayəti verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrlik etdiyi kollegiyanın icraatına verilib. İlkin baxış iclası oktyabrın 4-də keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu il fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını maşın vurub. Hadisə yerindən qaçan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qasımov Vüqar Səfərqulu oğlu tutulub.
Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqda nzərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Qəza nəticəsində ölən Nəzakət Şahverdiyeva iki övlad anası olub.
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?











