Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, dəyişikliyə əsasən bundan sonra qaydadaki “erkən nikah” anlayışı “erkən evlilik” ifadəsi ilə əvəzlənib. Ötən ildən erkən nikah qaydalarının pozulması ilə bağlı qüvvəyə minən cəza tədbirlərinə baxmayaraq hələdə qanunları müxtəlif yollarla pozan vətəndaşlarımız var. Mütəxəssislərin sözlərinə görə bəzi vətəndaşlar soyad dəyişikliyi və başqa qanunsuz yollarla belə evliliklərə cəhdlər edir. Bəs görəsən paytaxt sakinləri bu barədə nə düşünür? Avtosfer.az-ın Bakıda keçirdiyi sorğuda iştirak edən vətəndaşlar erkən evliliklə bağlı düşüncələrinin neqativ olduğunu bildirib. Sorğuda iştirak edən Müharibə Veteranları Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri Radə Abbasın fikrincə bu gün ölkədə övladı dünyaya gəlsin deyə var-dövlətini ortaya qoyan, eləcə də dağılan ailələr var. “Allah sizə övlad verib, siz o övladdan niyə bezirsiniz, 13-14 yaşı olan kimi 30-35 yaşında pedofillərlə niyə evləndirirsiniz o uşağınızın? Bunun adı budur, bunun başqa adı yoxdur, siz uşağınızdan sadəcə olaraq başınızdan eləyirsiniz, siz uşağınızı sadəcə olaraq nəyəsə satırsınız, uşağınız. Qızınızın sizin yanınızda hansısa bir dəyəri olsaydı, siz 14, 13, 15 yaşında, lap 16 yaşında qızınızı 30-35 yaşında kişilərlə, pedofillərlə evləndirib bədbəxt eləməzdiniz. Hər mənada bədbəxt olurlar. Onu boşamasalar belə, o həyatın bütün gözəlliklərindən məhrumdur. Çünki nə ana olmağı anlamır, nə ailə olmağı anlamır. Heç nəyi başa düşmədiyi, bilmədiyi, həyatını yaşamadığı bir halda onu həyatın qaynar qazanına atıb məhv eləmək valideynə yaraşmır, valideyn üçün Allahın ən böyük cəzasıdır."
Sorğudan həmin videonu sizə təqdim edirik.
Türkan Ülvi
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












