Qanunsuz şarj xətti böyük cərimə ilə nəticələndi; 39 min manat...

Türkiyənin İstanbul şəhərində elektrikli avtomobil üçün qanunsuz şarj xətti çəkən şəxsə rekord məbləğdə cərimə tətbiq olunub.
Avtosfer.az xəbər verir ki, hadisə İstanbulun Avropa hissəsində yaşayan bir həkimin evində qeydə alınıb. Məlumata görə, elektrikli avtomobil üçün quraşdırılmış şarj stansiyasının enerji xəttinin qaydalara uyğun olmadığı müəyyən edilib.
Yoxlama zamanı Boğaziçi Elektrik Dağıtım A.Ş. (BEDAŞ) əməkdaşları şarj sisteminin əsas sayğacdan deyil, “xarici xətt” adlandırılan qanunsuz bağlantı vasitəsilə istifadə edildiyini aşkarlayıblar. Bildirilib ki, enerji istehlakı sayğacdan keçmədən həyata keçirilib.
Nəticədə abonentə 840 min 439 türk lirəsi (təxminən 39 min manat) məbləğində cərimə tətbiq olunub.
Məlumata əsasən, cərimənin tərkibinə enerji istehlakı, paylama haqqı, vergi və digər ödənişlər daxil edilib. Hesabatda enerji dəyərinin təxminən 398 min TL, paylama haqqının isə 345 min TL olduğu göstərilib.
Mütəxəssislər bildirirlər ki, son illərdə elektrikli avtomobillərin sayının artması fərdi şarj stansiyalarına marağı yüksəldib. Lakin qanuni icazə və texniki layihə olmadan çəkilən enerji xətləri həm təhlükəsizlik, həm də hüquqi baxımdan ciddi problemlər yarada bilər.
Qeyd edilir ki, qaydalara uyğun olmayan elektrik bağlantıları yanğın və qısaqapanma riskini artırmaqla yanaşı, yüksək maliyyə cərimələri ilə də nəticələnə bilər.
Eltac Zülfüqaroğlu

Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











