Banner

Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA

Gündəm 16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

2027–2030-cu illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması üçün ayrılması nəzərdə tutulan vəsaitin əsaslı xərclərdə xüsusi çəkisi 24,1 faiz təşkil edəcək.

Avtosfer.az xəbər verir ki, 2027–2030-cu illərdə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən 13,2 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bəs bu vəsait Qarabağ və Şərqi Zəngəzurun inkişafına, yeni iş yerlərinin yaradılmasına və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının sürətlənməsinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, indiyədək həyata keçirilən investisiya siyasətinin davamıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərini bərpa etdikdən sonra həmin torpaqlarda genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparır:


"İndiyə qədər bu ərazilərə təxminən 24-25 milyard manat vəsait yatırılıb. Növbəti dörd il ərzində isə daha 13,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da kifayət qədər böyük məbləğdir. Bu investisiyalar bir neçə istiqamətdə mühüm nəticələr verə bilər. İlk növbədə, ayrılan vəsaitin hesabına infrastruktur layihələrinin həyata keçirilməsi, yolların, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi və bərpası davam etdiriləcək. Eyni zamanda, yeni iş yerlərinin yaradılması yerli əhalinin məşğulluğunun artmasına və iqtisadi fəallığın güclənməsinə şərait yaradacaq. Bütün bunlar keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesinin sürətlənməsinə də müsbət təsir göstərə bilər. Ərazilərdə yaşayış üçün zəruri şəraitin yaradılması ilə yanaşı, iqtisadi imkanların genişləndirilməsi də vacibdir. Çünki insanların həmin bölgələrə qayıtması ilə yanaşı, orada məskunlaşması, işləməsi və davamlı gəlir əldə etməsi də təmin olunmalıdır".

Fatimə

Oxunub : 92
ŞƏRH YAZ
Ad

E-mail

Şərh