Banner

Qarlı havada sürücülər niyə qəzaya düşür? – Səbəbi bu imiş – VİDEO

Gündəm 4 Yanvar 2026 15:38 Oxunub 1180
Qarlı havada sürücülər niyə qəzaya düşür? – Səbəbi bu imiş – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba rayonunun Xınalıq kəndində təlim-məşq toplanışında olan hərbi jurnalist Fərdin İsazadə qarlı hava şəraiti və dağ yollarında hərəkətlə bağlı vacib məqamlara toxunub. 

Avtosfer.az xəbər verir ki, yanvarın 2-dən etibarən Xınalıq yolu güclü qar səbəbindən çətin keçilən olub. Buna baxmayaraq, hazırlıqlı avtomobillərlə hərəkət mümkün olub.

Jurnalist bildirib ki, yanvarın 4-də Xınalıqdan geri dönərkən yolboyu vəziyyəti müşahidə edib və sosial şəbəkələrdə yayılan videolardan da göründüyü kimi, ölkənin bir çox bölgəsində qarla əlaqədar çətinliklər yaşanır. Ucqar rayonlarda avtomobillərin yolda ilişib qalması halları artıb.

Fərdin İsazadə vurğulayıb ki, əsas problem qarın yağmasında deyil, sürücülərin məsuliyyətsizliyindədir. Onun sözlərinə görə, bir çox sürücü hava şəraitinə uyğun olmayan avtomobillərlə, xüsusən də sedan tipli maşınlarla dağ yollarına çıxmağa çalışır. Bu isə ciddi risk yaradır.

O qeyd edib ki, bəzi hallarda sürücülər buzlu yollarda hərəkət üçün plastik elementlərdən istifadə edirlər, lakin bu vasitələr effektiv deyil və tez sıradan çıxır. Dağ və ucqar ərazilərdə hərəkət üçün xüsusi qış təkərləri və ya təkərlərə taxılan metal zəncirlər mütləqdir.

Jurnalist yol infrastrukturuna nəzarət edən qurumların fəaliyyətinə də toxunaraq bildirib ki, yüksək dağlıq ərazilərdə, o cümlədən 2000 metrdən artıq yüksəklikdə yerləşən yollar daim nəzarətdə saxlanılır. Bu müddət ərzində yolun təmizlənməsi üçün xüsusi texnikanın, traktorların işlədiyi, eləcə də təhlükəsizliyin təmin olunması üçün tədbirlərin görüldüyü müşahidə olunub.

Sonda Fərdin İsazadə sürücülərə çağırış edərək bildirib ki, qarlı və buzlu yollara çıxmazdan əvvəl avtomobillərini hava şəraitinə uyğun hazırlamalı, lazımi texniki vasitələrlə təmin etməlidirlər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh