Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA

Paytaxtda fəaliyyət göstərən avtobuslarda yay mövsümünün başlaması ilə əlaqədar kondisioner sistemləri tam gücü ilə istifadəyə verilsə də, metrodan istfadə edən sərnişin isə, havalandırma və soyutma ilə bağlı problemlərin hələ də tam aradan qaldırılmadığını bildirirlər.
Avtosfer.az xəbər verir ki, xüsusilə isti hava şəraitində metrodan istifadə edən sərnişinlər qatar vaqonlarında və bəzi stansiyalarda havanın kifayət qədər sərin olmamasından narazılıq ediblər. Bəs hazırda metro qatarlarında və stansiyalarda havalandırma və soyutma sistemlərinin işlək vəziyyətdə saxlanılması üçün hansı tədbirlər görülür?
Mövzu ilə bağlı ''Bakı Metropoliteni'' Qapalı Səhmdar Cəmiyyəti Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı Metropolitenində kondisionerlə təchiz olunmuş qatarlarda soyutma sisteminin işlək vəziyyətdə olması ilə baglı mütəmadi işlər aparılaraq texniki xidmət göstərilir:

"Yeni nəsil qatarlarda kondisioner sistemləri salondaxili hava şəraitindən asılı olaraq, avtomatik rejimdə tənzimlənir. Texniki baxışa daxil olan qatarların kondisionerləri mütəxəssislər tərəfindən diaqnostika olunaraq tam işləkliyi yoxlanılır və bu proses daim nəzarətdə saxlanılır. Əvvəlki nəsil qatarlarda kondisioner sistemi mövcud deyil. Lakin bütün vaqonlar istehsalçı zavod tərəfindən konstruktiv olaraq havalandırma sistemilə təchiz edilib. Hazırda kondisionerlərlə təchiz olunmuş qatarların soyutma sisteminin saz vəziyyətdə saxlanılması ilə bağlı heç bir gecikmə müşahidə edilmir".
Qurum qeyd edib ki, metropoliten xətlərində hərəkətdə olan qatarların hər hansı bir vaqonunun kondisioner sistemində yarana biləcək nasazlıq dərhal qeydiyyata alınır:
“Qatar texniki baxışa göndərilərək diaqnostika olunmaqla bərpa edilir. Həmçinin stansiya və tunellərdə ventilyatorlar işlək vəziyyətdə olmaqla yanaşı, daim nəzarətdə saxlanılır, havalandırma sistemi təsdiq edilmiş mövcud qrafik üzrə fəaliyyətdədir. Hər günün real hava proqnozuna uyğun qaydada ventilyatorların operativ şəkildə tənzimlənməsi diqqət mərkəzində saxlanılır və zəruri bütün tədbirlər görülür".
Fatimə Dadaşova
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












