Qaxda avtomobil qəzası üstündə döyülən şəxs xəstəxanada ölüb

Qaxda avtomobil qəzası üstündə döyülən şəxs Bakıda xəstəxanada ölüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, bir neçə gün əvvəl Rusiya vətəndaşı Vüsal Musayevin sərnişin qismində əyləşdiyi Mübariz Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Şükür Mahalovun idarə etdiyi “Mercedes-Benz” markalı maşını Qax rayonunun “Ulu” körpü adlanan ərazidə toqquşub. Daha sonra V.Musayev avtomobildən düşərək tanımadığı Ş.Mahalovla mübahisə edib, onun sifət nahiyəsinə yumruqla vurub. V.Musayevin barəsində Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hadisə nəticəsində xəsarət alan Ş.Mahalov Bakı şəhərinə aparılıb, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Daha sonra o, xəstəxanada ölüb. Qax Rayon Polis Şöbəsində V.Musayevin ittiham olunduğu CM-nin 221.1-ci maddəsi 126.3-ci (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub və aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Qax rayon Prokurorluğuna göndərilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











