Qayınata avtomobillə gəlininin üstündən keçdi

Tərtərdə gəlinini avtomobillə vuraraq öldürən şəxsin kimliyi məlum olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu, Şuşa rayonundan məcburi köçkün Qara Şahvələdovdur. O, gəlini, 1994-cü il təvəllüdlü Quluzadə Əfsanə Fəxrəddin qızını avtomobillə vuraraq öldürüb və könüllü polisə təslim olub.
*** 17:30
Tərtər rayonunda qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir. Hadisə şahidlərinin bildirdiyinə görə, qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib. Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev












