Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA

Rusiyada neft emalı zavodlarına endirilən zərbələrdən sonra yaranan yanacaq çatışmazlığı bu ölkəni qonşu dövlətlərdən yanacaq almağa məcbur edir. Lakin Qazaxıstan bu məsələdə ehtiyatlı mövqe tutur.
Avtosfer.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində ölkədə yanacaq qıtlığı yaranıb:
“Bu səbəbdən yanacaqdoldurma məntəqələrində uzun növbələr müşahidə olunur və yaranmış vəziyyət Rusiyanın ümumi iqtisadi durumuna da mənfi təsir göstərir.
Rusiya hökuməti yaranmış problemi həll etmək üçün qonşu ölkələrə üz tutmağa başlayıb. Belarusdan sonra Moskva Qazaxıstandan da yanacaq-sürtkü materialları almaqda maraqlıdır.
Qazaxıstan hökuməti bu məsələ ilə bağlı qərar verməyə tələsmir. Çünki Rusiyaya yanacaq ixracı beynəlxalq aləmdə Astananın Ukraynaya qarşı aparılan müharibəyə dolayısı ilə dəstək verməsi kimi qiymətləndirilə bilər.
Qazaxıstanın Energetika Nazirliyi də mövqeyini açıqlayaraq bəyan edib ki, neft məhsullarının tədarükü ilə bağlı beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız ölkənin sərbəst resurs potensialı olduğu halda mümkündür”.
Elxan Şahinoğlu əlavə olaraq qeyd edib ki, nazirliyin açıqlamasında vurğulanır ki, Qazaxıstan üçün əsas prioritet daxili bazarın tam və fasiləsiz yanacaq təminatıdır:
"Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər.
Astana həm daxili enerji təhlükəsizliyini, həm də mümkün beynəlxalq siyasi nəticələri nəzərə alaraq bütün riskləri diqqətlə hesablayır və buna görə də Moskvanın müraciətinə tələsik cavab vermək niyyətində deyil”.
Eltac Zülfüqaroğlu
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












