Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA

Son günlər avtobusların çoxu elektrikli avtobuslarla əvəzlənsə də, hələ də sıxılmış qazla fəaliyyət göstərənlər var. Ancaq qeyd edək ki, uzun müddət sıxılmış qazla fəaliyyət göstərən avtobusda olmaq bir müddət sonra baş ağrısı, yuxululuq kimi təsirlər yarada bilir.
Bəs bu, sürücülərə necə təsir edir?
Qeyd edək ki, qanunvericilikdə “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”na görə bəzi ağır və yeraltı əmək şəraitli istehsalatlarda çalışan işçilərə güzəştlər mövcuddur. Belə ki, həmin işçilərə pulsuz müalicə-profilaktik yeməklər, eləcə də süd və ona bərabər tutulan məhsullar verilməlidir.
Maraqlıdır, bu qayda məhz qazla işləyən avtobusların sürücülərinə aiddir?
Avtosfer.az xəbər verir ki, "Bizim.Media" mövzuyla bağlı bir çox marşrutun məxsus olduğu "BakuBus" MMC-yə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, “BakuBus” MMC-də sıxılmış təbii qazla (CNG) işləyən avtobusların sürücülərinin fəaliyyəti həmin siyahıda göstərilən zərərli və ya ağır əmək şəraitli iş yerləri kateqoriyasına aid deyil:
"Müəssisədə əmək şəraitinin qiymətləndirilməsi üçün cəlb edilən ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən iş yerlərinin attestasiyası aparılır. Attestasiya nəticələrinə görə müəssisədə zərərli və ya təhlükəli əmək şəraitinə malik iş yerləri yoxdur və bu barədə müvafiq sertifikat təqdim olunur. Bu səbəbdən, sıxılmış təbii qazla işləyən avtobusların sürücüləri üçün əlavə müalicə-profilaktik qidalanmanın verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan heç bir hüquqi əsas mövcud deyil", - deyə cavabda qeyd olunub.
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ










