Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO

Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi istiqamətində yeni imkanlar nəzərdən keçirilir. Bu, gələcəkdə Qəbələdən Avropanın müxtəlif şəhərlərinə birbaşa uçuşların həyata keçirilməsi üçün də imkan yarada bilər.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Qəbələ aeroportunun regional aviasiya hubına çevrilməsi ilə bağlı artıq praktiki addımlar atılır.
Onun sözlərinə görə, Qəbələnin regional aviasiya mərkəzi kimi inkişaf etdirilməsi məqsədilə bir neçə aviaşirkətlə danışıqlar aparılır. Eyni zamanda, hava limanının regional hub kimi istifadə imkanları qiymətləndirilir.
Ekspert qeyd edib ki, Qəbələnin Türküstan və Kutaisi hava limanlarının regional aviasiyada tətbiq etdiyi modellər əsasında inkişaf etdirilməsi imkanlarına da baxılıb.
“Qəbələdən Avropaya təyyarə ilə uçmaq reallaşır. Qəbələ aeroportunun regional aviasiya mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır. Bununla bağlı artıq praktiki addımlar atılıb və bir neçə aviaşirkətlə danışıqlar aparılır”, – deyə Eldəniz Cəfərov bildirib.
Bu istiqamətdə görüləcək işlər Azərbaycanın turizm potensialının artırılmasına və bölgələrə turist axınının genişləndirilməsinə də xidmət edə bilər.
O əlavə edib ki, 2026–2030-cu illər üçün turizmin inkişafına dair Dövlət Proqramı çərçivəsində hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması ilə bağlı təkliflərin hazırlanması da tapşırılıb.
Ekspertin fikrincə, Qəbələ hava limanının regional aviasiya hubına çevrilməsi həm bölgənin beynəlxalq əlçatanlığını artırar, həm də Azərbaycanın turizm və nəqliyyat imkanlarının genişləndirilməsinə şərait yarada bilər.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












