"Qərarı göstərin, tabe olaq" - Xətaidə qaraj QALMAQALI - VİDEO

Xətai rayonunun Babək prospekti, 78 ünvanında yaşayan sakinlər həyətdə yerləşən qarajların sökülməsi ilə bağlı narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl onlara həyət ərazisində abadlıq işlərinin aparılacağı və bu məqsədlə uzun illərdir istifadə etdikləri dəmir qarajların söküləcəyi bildirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Lakin sakinlər iddia edirlər ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, ərazidə hər hansı abadlıq işi aparılmayıb.
"Dedilər ki, burada icra hakimiyyəti ilə bələdiyyə öz hesabına abadlıq işləri aparacaq və bizim dəmir qarajların bir qismi layihəyə düşür. Biz də soruşduq ki, layihəni göstərin, baxaq. Nazirlər Kabinetinin qərarı varsa, ona tabe olaq. Təəssüflər olsun ki, bizə heç bir qərar göstərmədən "sökülməlidir" dedilər", - deyə sakin Baku TV-yə bildirib.
Onun sözlərinə görə, qarajların sökülməsi ilə bağlı sakinlərə alternativ yer də təklif edilməyib:
"Dedik ki, müvafiq yer verin, qarajlarımızı oraya yerləşdirək. Təəssüflər olsun ki, bunu etmədilər. Bəzi şəxslər vəzifələrindən sui-istifadə edərək dəmir qarajlarını saxladılar. Amma bizim qarajlarımız rəsmi sənədlərimiz ola-ola götürüldü".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












