Qəza nəticəsində dünyasını dəyişən şəxsin yaxınları axtarılır - FOTO

Göygöldə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi dəqiqləşdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində "BMW" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.
Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











