Qəzaya uğrayan pilotun qayınatası - “Deyirlər, təyyarə katapult olsaydı, Rəşad sag qala bilərdi”

“Axtarışlar davam etdirilir. Bunun üçün əlavə mütəxəssislər və texnika cəlb olunub”. Avtosfer.az xəbər verir ki, bu sözləri iyulun 24-də qəzaya uğramış təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bu gün Türkiyədən aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssislər gəlib: “Türkiyədən yeni avadanlıqlar, daha peşəkar dalğıclar gətirilib. Onlar bu gün işə başlayıblar. Bundan başqa Rusiyadan da müəyyən köməyin gəlməsi gözlənilir. Eyni zamanda daha bir ixtisaslaşdırılmış gəmi bu gündən axtarışlara başlayıb. Nəticə etibarılə Xəzərdə həmin akvatoriyada axtarış aparan texniki qurğuların sayı xeyli artıb. Hətta sualtı robotlar belə axtarışa cəlb olunub”.
Qabil Hüseynli bildirib ki, bu gün küləksiz hava axtarışların aparılması üçün daha əlverişli olub: “Axşamdır, amma bu saatadək axtarışlar davam edir. Xəzər bu gün sakit, dalğasızdır. Bu da axtarışların daha yaxşı aparılmasına imkan verir. Axtarışlar müdafiə naziri Zakir Həsənovun nəzarətindədir. Hadisə baş verən gündən nazir özü bu məsələyə nəzarət edir ”.
Qabil Hüseynli deyib ki, qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı isə hələlik heç bir dəqiq fikir bildirilmir: “Qəza ilə bağlı söylənilənlərin hamısı hələlik versiyadır. “Qara qutu” tapılmayana qədər bu haqda konkret nəsə demək çətindir. Təyyarənin bu günədək tapılmamasının əsas səbəbi isə koordinatın düzgün müəyyən olunmamasıdır. Görünür, təyyarə dənizin dibinə düşdükdən sonra axıntı ilə sürüklənib. Ehtimallara görə, Rəşad təyyarənin içərisində olub. Çünki başqa cür olsaydı, mütləq üzə çıxardı”.
Qabil Hüseynli onu da bildirib ki, mütəxəssislər təyyarənin katapult olmadığını ehtimal edirlər: “Bəlkə də katapult olsaydı, Rəşadın sağ qalması mümkün olardı. Amma təyyarənin katapult edilmədiyini deyirlər. Hər halda, həyatda olsaydı, özü haqda bir məlumat ötürə bilərdi. Amma biz yenə ümidlə gözləyirik”.
Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur.
(News24.az)
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI











