“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO

Son günlər “Qırmızı körpü” gömrük-keçid məntəqəsinin Gürcüstan tərəfində TIR-ların sıxlığı müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə “İctimai TV”yə danışan TIR sürücüləri yük maşınlarının növbəsinin kilometrlərlə olduğunu bildiriblər.
Türkiyədən gələn TIR sürücüsü Hasan Sarısoy 7 gündür ki, növbə gözlədiyini deyib: “Üç gün parka giriş üçün gözlədik, dörd gün isə parkda gözləmişik. Yollarda vəziyyət çox pisdir. Sürücülər çətin vəziyyətdədir – nə tualet var, nə də yemək. Səbəbin nə olduğunu soruşanda gürcü tərəfinin işləmədiklərini bildirirlər”.
Digər sürücülərdən Əli Əyricə isə bildirib ki, 10 gündən çoxdur növbədə gözləyir: “Bir gün Türkiyədə, dörd gün “Qırmızı körpü”nün gürcü tərəfində, üç gündür də buradayam. İki gün isə Batumidə gözləyəcəyəm”.
Türkiyəli sürücü Hüseyn Yanık 35 ildir Azərbaycana gəlib-getdiyini, amma bu qədər sıxlıq müşahidə etmədiyini söyləyib.
Sürücülərin uzun müddət yolda qalması yanacaq sərfiyyatını artırır və daşınan məhsulların təyinatı yerinə çatmasını uzadır.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən qeyd edilib ki, Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar iki ölkənin gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb: “Sıxlığın aradan qaldırılması, sərhədkeçmə proseslərinin daha da sürətlənməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.
Daha ətraflı süjetdə:
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












