Qız şagirdlərə qısa ətək, makiyaj və uzun dırnaq xəbərdarlığı - AÇIQLAMA

"Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq təhsilalanların və təhsilverənlərin konkret geyim forması tətbiq olunur. Müəllimlərin geyim standartlarına əməl olunması əsas göstərilir. Kişi müəllimlərə qalstuk taxmaq məsləhətlidir. Saç, saqqal kimi mövzularda müəllimlərin etik davranışlara diqqət etməsi tövsiyə olunur. Xanım müəllimlərdə də qısa ətək geyinmək olmaz. Müəyyən standartlar verilib".
Avtosfer.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev dedi.
"Şagirdlərdə isə birmənalı vahid geyim formasına keçirilir. Şagirdlər məktəblərdə vahid geyim formasında tədrisə cəlb olunacaqlar. Geyim nədirsə, şagirdlər geyim formasından kənara çıxmamalıdır. Bu, birbaşa qaydadır. Şagirdlər uzun saç, saqqal saxlamamalı, idman dərsləri istisna olmaqla, idman ayaqqabısı geyməməlidirlər", - deyə o bildirdi.
Müsahibimiz vurğuladı ki, qız şagirdlərdə ətəklər dizdən yuxarı olmamalıdır:
"Eləcə də makiyaj, dırnaq olmamalıdır. Bu məsələlər valideynlər tərəfindən nəzərə alınmalıdır. Valideynlər mütləq maarifləndirilməlidir. Valideynlər övladları uzun dırnaqla, qaydalara uyğun olmayan geyimlə tədris prosesinə buraxılmayacaq. Valideynlər övladlarının məktəbə gəlişinə diqqət etməlidir. Şagirdlər də təhsil müəssisələri tərəfindən maarifləndirilib prosesə cəlb olunmalıdırlar".
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












