"Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım" - VİDEO

“2020-ci il sentyabr ayında məzuniyyətə gəlmişdim. Ayın 23-də övladım dünyaya gəldi. Sentyabrın 24-də işlə əlaqədar paytaxta gəldim, 25-də isə səhər tezdən Cəlilabada qayıtdım. Evə gəlib çatandan cəmi 15 dəqiqə sonra xidməti yerimdən zəng gəldi ki, təcili gəl. Həyat yoldaşıma dedim ki, ola bilər, bir müddət əlaqə saxlaya, zənglərə cavab verə və ya mesaj yaza bilməyim. Narahat olmayarsınız, hər şey qaydasındadır".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyevanın RTV kanalında yayımlanan yeni "Nəsillərin Divanı"nı adlı layihəsinin qonağı olan Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev müharibə xatirələrini bölüşərkən deyib.
O bildirib ki, həmin anda özünü üç obrazda görüb: "Həyat yoldaşını evdə qoyub cəbhəyə yollanan bir sirdaş, yenicə dünyaya gəlmiş övladını qoyub gedən ata kimi və Vətənin dadına çatmağa çalışan əsgər kimi. Bu üç insanı birləşdirəndə ortaya Azərbaycan əsgərinin obrazı çıxır. Bu gün övladım artıq birinci sinifdə oxuyur. Onun simasında bayrağa, Vətənə olan bağlılığı görürəm. Nənəsiylə babasının - atamla anamın ona aşıladığı dövlətçilik, Vətən sevgisi, anasının öyrətdiyi şeirlər, bayrağın rəmzləri haqqında verdiyi biliklərdən sonra onun simasında yetişməkdə olan vətənpərvər gəncliyi görürəm”.
Ətraflı RTV-nin sujetində:
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA












