Qlobal istiləşmə aviadaşımalara zərbə vuracaq

İngiltərənin Redinq Universitetinin alimləri iddia edirlər ki, qlobal istiləşmə aydın səmada turbulentliyin artmasına səbəb olacaq, bu isə aviasərnişinlər üçün böyük təhlükədir. Avtosfer.az sputnik-ə istinadən bildirir ki, bu barədə Washington Post yazır. Tədqiqatçılar aşkar ediblər ki, Arktikada istiləşmə stratosferin aşağı qatında havanın temperatunu aşağı salır. Bununla eyni zamanda ekvator üzərində troposferin yuxarı hissəsi qızır. Ekvatorla qütblər arasındakı temperatur fərqi nə qədər yüksək olarsa, Şimali Atlantika üzərindən qərbdən şərqə doğru yüksək hava axınları da bir o qədər güclü olur. Troposferin aşağı hissəsində əks-tendensiya yaranır: temperatur mülayimləşir və hava axını zəifləyir. Hər iki proses bir-birini kompensasiya etsə də, son zamanlar küləyin sapmasının gücləndiyi müşahidə olunur: atmosferin nisbi kiçik hissəsində küləyin istiqaməti və sürəti əhəmiyyətli dərəcədə dəyişir. Yuxarı hava axını dəyişmir, aşağı isə zəifləyir. Beləliklə, eniş edən təyyarələr küləyin sürətinin daha güclü dəyişikliyinə məruz qalır. 1979-cu ildən etibarən küləyin şaquli yerdəyişməsi 15% artıb. İqlim modelləri XXI əsrin ortalarına doğru turbulentliyin aydın səmada 2-3 dəfə artacağından xəbər verir. Bu hal aviaqəza törətməsə də, sərnişinlərin və ekipaj üzvlərinin ciddi zədələr almalarına səbəb ola bilər.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










