Qobustanda Ərəbqədim-Göydərə avtomobil yolu yenidən qurulur - FOTO

Qobustan rayonunda Ərəbqədim-Göydərə avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 88-ci kilometrindən götürən Ərəbqədim-Göydərə yolu 4-cü texniki dərəcəlidir.
Məlumata əsasən, yolun ümumi uzunluğu 13 kilometrdir. Layihə çərçivəsində yolun normativliyinin təmini üçün eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılıb. Tikintinin aparıldığı ərazi 130 min kvadratmetrdən çoxdur.
Hazırda yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılır. Daha sonra 2 laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla 78 min kvadratmetr sahəni əhatə edəcək.
Layihə çərçivəsində müxtəlif diametrlərə malik 6 ədəd yeni dairəvi suötürücü borunun quraşdırılması, həmçinin 1 dördbucaqlı su keçidinin inşası da nəzərdə tutulub.
Bundan başqa, zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Avtomobil yolu 2 mindən artıq əhainin yaşadığı 2 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Namiq
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA















