Qorxmaz Hüseynov: “Azərsu” qazdı, düzəltmədi" deyirlər, bizim asfalt təsərrüfatımız yoxdur”

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Bakıda su xətlərinin təmiri zamanı yol qazıntılarının aparılması və bununla bağlı cəmiyyətdə müəyyən narahatlıqların olması məsələsinə münasibət bildirib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Q.Hüseynov bildirib ki, qəza baş verən zaman mütləq yol qazılmalı və təmir işləri aparılmalıdır: “Cəmiyyətdə belə təəssürat yaranır ki, “Azərsu” yolu qazdı, təmir etməyib getdi. Ancaq elə deyil. Bizim asfalt təsərrüfatımız yoxdur. Ona görə də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə müqaviləmiz var. Biz qəzanı aradan qaldırdıqdan sonra Agentlik həmin ərazidə asfaltı təmir edir. Bəzən elə olur ki, 2-3 kvadrat metr yeri qazırıq. Agentlyin da imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib düzəltsin. Ola bilsin ki, bu proses 1-2 gün çəkir. Ona görə də cəmiyyətdə belə fikir formalaşır ki, “Azərsu” qazdı, düzəltmədi. Biz “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə ciddi koordinasiya ilə işləyirik. Bildiyim qədəri ilə Agentlik yeni texnikalar alıb ki, bu da təmir işlərini xeyli asanlaşdıracaq”.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












