"Qrin kart" lotereyası ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi "Qrin kart" viza lotereyası ilə əlaqədar mümkün saxtakarlıq halları barədə xəbərdarlıq edib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, son vaxtlar bu proqramın ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.
Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "Qrin kart" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər. "Bu cür şəxslər viza lotereyası proqramında iştirak üçün sizdən şəxsi məlumatlarınızı verməyinizi istəyə bilərlər. Bu təşkilatlar sizin maraqlarınızı təmin etmir", - səfirlikdən verilən açıqlamada bildirilir. Bundan əlavə, səfirlikdən növbəti dəfə vurğulanıb ki, ABŞ səfirliyi özlərini "Greencard" adlandıran heç bir yerli təşkilatla çalışmır və ya onları dəstəkləmir.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












