Qubada alma oğruları tutulub - FOTO

Qubada alma oğruları tutulub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik alma məhsulunu oğurlamaqda şübhəli bilinənlər saxlanılıb. Araşdırmalarla onların Əliməmmədoba kənd sakinləri - Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsi ilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.
Faktla əlaqədar Quba RPŞ-da cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev












