Qubada azyaşlının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cavid Baxışovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. Hakim Rahim Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Qubanın Rustov kəndində baş verib. Kənd sakini Cavid Məhərrəm oğlu Baxışov qardaşı Ramilin qız toyuna gedərkən idarə etdiyi "Mercedes" markalı avtomobillə küçədə oynayan 4 yaşlı Renat Mahir oğlu Orucəliyevi vurub.
Başından ağır xəsarət alan uşağı dərhal xəstəxanaya çatdırmağı ailə qonşuluqda yaşayan 27 yaşlı Emin Əzizovdan xahiş edib. Emin Əzizov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə uşağı və ailənin üç üzvünü Quba Rayon Mərkəzi xəstəxanasına apararkən yolda avtomobil dəmir maneəyə çırpılıb. Nəticədə sürücü yerindəcə ölüb.
Yaralı uşaq - Renat Orucəliyev isə digər avtomaşınla xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağın anası Sevil Səfərqulu qızı Orucəliyeva, nənəsi Leysan İmaməli qızı Kərimova və dayısı Yaşar Səfərqulu oğlu Kərimov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












