Qubada silsilə oğurluqlar edən Lerik sakinləri saxlanılıb - FOTO

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dörd nəfərdən ibarət oğru dəstə tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla onların Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Sadət Azadov, 31 yaşlı Təhməz Dadaşov və sonuncunun qohumu 38 yaşlı Əkbər Dadaşov olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Dəstə üzvlərin ətraflarında aparılan araşdırmalar zamanı məlum olub ki, onlar gecə saatlarında Quba rayonuna gələrək, burada yerləşən üç mağazaya qanunsuz daxil olmaqla, orada pul və tütün məmulatları oğurlayıblar. Oğurluq yolu ilə əldə etdikləri məmulatları Əkbər Dadaşova məxsus minik avtomobili ilə hadisə yerindən aparan dəstə üzvləri, növbəti dəfə başqa bir mağazaya daxil olmaq istəsələr də buna nail ola bilməyiblər.
Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun və tütün məmulatlarının bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş qara maskalar, əlcəklər, kustar üsulla hazırlanmış odlu silah və digər alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
















