Qusarda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə bağlı cinayət işi başlandı

Qusar rayonunda 1 nəfərin ölümü, 4 nəfərin də xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, fakta görə Qusar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, sentyabrın 4-də Qusar-Xudat avtomobil yolunun Bədirqala kəndindən keçən hissəsində rayon sakini, Cəbrayılov Zeynulla Vəliyulla oğlu idarə etdiyi "Mercedes-190" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1980-cı il təvəllüdlü Babayeva Pərvanə Manpasa qızı, 1999-cu il təvəllüdlü Sevzixanova Alina Albertovna, 1991-ci il təvəllüqdlü Babayeva Gülmirə Hacı qızı və 1990-cı il təvəllüdlü Qurbanova Nina Cahangir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. N.Qurbanova aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












