Qusarda sərnişinin pulunu oğurlayan taksi sürücüsü həbs edilib - FOTO

Qusarda pul oğurlayan taksi sürücüsü həbs edilib. Daxili İşlər Nazirliynin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Adilxan Məmmədov Qusar Rayon Polis Şöbəsinə müraciət edərək, Qusar rayonu ərazisində yerləşən otellərin birində istirahət edən zaman 1300 manat və 100 ABŞ dollar pulunun oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qeyd olunan cinayəti zərərçəkmişi istirahət mərkəzinə gətirən taksi sürücüsü, 30 yaşlı Fərid Məmmədov törədib.
Həmin sürücü Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı F.Məmmədov törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkənin pullarını oğurluq yolu ilə əldə etdiyini bildirib. Oğurladığı pulların 200 manatını xərcləsə də, 1100 manat və 100 ABŞ dolları maddi sübut kimi ondan götürülüb.
Faktlarla əlaqədar araşdırmalar aparılır.
Fidan
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT












