Qutular boş qalıb, bina sakinləri zibili yerə atır – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Paytaxtın mərkəzi küçələrinin birində təmizlik mədəniyyətlə bağlı növbəti problem qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə şahidi olan vətəndaş baş verənləri video çəkərək sosial şəbəkədə paylaşıb.
Videonu çəkən şəxs bildirib ki, zibil atmaq üçün əraziyə yaxınlaşarkən tullantıların yerə atıldığını görüb. İlk anda zibil qablarının dolu olduğunu düşündüyünü deyən vətəndaş daha sonra qabların qapağını açaraq onların tamamilə boş olduğunu müşahidə edib.
Bu hal şəhər mühitində bəzi sakinlərin ictimai məkanlara qarşı məsuliyyətsiz yanaşdığını bir daha göstərir. Mütəxəssislərin fikrincə, problem təkcə infrastrukturla deyil, eyni zamanda ictimai davranış və şəhər mədəniyyəti ilə bağlıdır. Zibil qablarının mövcud olduğu halda tullantıların yerə atılması həm ətraf mühitin çirklənməsinə, həm də şəhərin estetik görünüşünün pozulmasına səbəb olur.
Qeyd olunur ki, bu cür hallar paytaxtda mütəmadi olaraq müşahidə edilir və vətəndaşlar arasında ekoloji məsuliyyətin artırılmasına ehtiyac olduğunu göstərir. Aidiyyəti qurumlar dəfələrlə zibil qabılarının vaxtında boşaldıldığını və şəhərin mərkəzi hissələrində kifayət qədər konteynerin yerləşdirildiyini bildirsələr də, problem hələ də qalmaqdadır.
Sakinlər isə hesab edirlər ki, təmizlik və nizam-intizam yalnız kommunal xidmətlərin deyil, hər bir vətəndaşın şəxsi məsuliyyətidir.
Eltac Zülfüqaroğlu
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












