Ramil Usubov Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib - FOTO

Moskva şəhərində MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin VII görüşü keçirilib. 9 ölkənin müvafiq rəsmi şəxsinin iştirak etdiyi tədbirdə Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib. Gündəliyində MDB ərazisində regional təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlığın inkişafı kimi aktual məsələlərin durduğu görüşdə, həmçinin beynəlxalq terror təşkilatlarından gələn təhlükə və onların MDB ölkələrindəki fəaliyyətinə yol verməmək, MDB məkanında kimyəvi və bioloji təhlükəsizlik məsələləri müzakirə olunub.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxışında ötən görüşdə qarşıya qoyulmuş tədbirlər nəticəsində terrorçu təşkilatlara dair məlumat mübadiləsinin artdığını, beynəlxalq terrorçu təşkilatların qarşısını almaqda birgə addımların, habelə hərbi texniki əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini diqqətə çatdırıb.
O, həmçinin gələn il II Dünya müharibəsində qələbənin 75 illiyi ilə bağlı tədbirlər barədə də danışıb: “Bu əlamətdar tarix MDB ölkələrində, faşizmə qalib gələrək ölkələrimizin müstəqilliyini qoruyub saxlamış ata-babalarımızın xatirəsi əziz tutulan bütün ölkələrdə geniş qeyd olunacaq və işıqlandırılacaq”.
Görüşdə qlobal təhlükəsizlik və strateji sabitliklə bağlı digər məsələlər də müzakirə mövzusu olub./report
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO















